Rusiyanın xalq artisti Mixail Boyarski infarkt diaqnozu ilə Mariinski xəstəxanasına yerləşdirilib.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, xalq artisti Mixail Boyarski infarkt diaqnozu ilə təcili Sankt-Peterburqdakı Mariinski xəstəxanasına yerləşdirilib.
Məlumata görə, 73 yaşlı teatr və kino aktyoru bir gün əvvəl, noyabrın 27-də xəstələnib. Çərşənbə axşamı, noyabrın 28-də həkimlər Boyarskinin vəziyyətini stabilləşdirə biliblər və o, reanimasiyadan adi palataya köçürülüb.
QAZİLER.AZ