Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini sığınacaq axtaranlar üçün bağlayıb

Finlandiya Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini sığınacaq axtaranlar üçün bağlayıb backend

Finlandiya Rusiya Federasiyası ilə sərhəddəki bütün keçid məntəqələrini sığınacaq axtaranlar üçün dekabrın 13-dək bağlayıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə çərşənbə axşamı, noyabrın 28-də Finlandiyanın Baş naziri Petteri Orpo bildirib.

Yle-nin verdiyi məlumata görə, Orpo: "Bu vəziyyətə Rusiya səbəb oldu və o, buna son qoya bilər" deyib.

Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanenin sözlərinə görə, sığınacaq üçün müraciətlər ölkənin hava limanlarında və dəniz limanlarında qəbul ediləcək. Eyni zamanda, yük daşımalarının keçdiyi Vaynikkala dəmir yolu məntəqəsi də bağlanmayacaq.

Nəşrin yazdığına görə, sərhədin bağlanması parlamentin konstitusiya komitəsinin qərarı ilə əsaslandırılır.

QAZİLER.AZ

Diaspora