İsrail Müdafiə Qüvvələri HƏMAS-ın atəşkəsi pozduğunu bəyan etdi: Üç partlayıcı qurğu işə salınıb

İsrail Müdafiə Qüvvələri HƏMAS-ın atəşkəsi pozduğunu bəyan etdi: Üç partlayıcı qurğu işə salınıb backend

Son bir saat ərzində Qəzza zolağının şimalında iki fərqli yerdə İsrail Müdafiə Qüvvələri (İDF) hərbçilərinin yaxınlığında üç partlayıcı qurğu işə salınıb.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, bununla da HƏMAS döyüşlərə verilmiş fasiləni, atəşkəsi pozub.   

Məlumata görə, terrorçular hətta hərbçiləri atəşə tutublar və onlara qarşı cavab atəşi açılıb. İnsidentlər zamanı bir neçə əsgər yüngül yaralanıb.

Qeyd edilib ki, hər iki insidentdə İsrail qoşunları döyüş əməliyyatı fasiləsində nəzərdə tutulan mövqelərində olublar.

loading...
Diaspora