“HƏMAS 20 israilli girovu əlavə iki günlük atəşkəs üçün azad edəcək”.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari noyabrın 28-də keçirdiyi brifinqdə bildirib.
Çərşənbə axşamı sərbəst buraxılacaq girovların siyahıları artıq tərəflərə təhvil verilib.
“Atəşkəsin daha iki günü ərzində 20 israilli girovun azad ediləcəyinə dair təsdiq var. Çərşənbə axşamı azad ediləcəklərin siyahısı münaqişə tərəflərinə təhvil verilib. Qəzza zolağında daha nə qədər girov qalıb, bizdə belə bir məlumat yoxdur”, - deyə əl-Ənsari bildirib.
QAZİLER.AZ