Marianna Budanova və Ukrayna Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşı zəhərlənib

Marianna Budanova və Ukrayna Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşı zəhərlənib backend

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin bir neçə əməkdaşının da ağır metalla zəhərləndiyini təsdiqləyib.

“Report” xəbər verir ki, məlumatı “Ukrainskaya pravada” yayıb.

Bildirilib ki, Baş Kəşfiyyat İdarəsi rəisinin xanımı Marianna Budanovanın çəkisi az olduğundan onun zəhərlənməsi daha tez aşkarlanıb.

Məlumata görə, idarənin əməkdaşları daha cüssəli olduqlarından zəhələnməni gec hiss ediblər. Hazırda onlar da müalicə olunurlar.

İnformasiyaya əsasən, onların qidadan zəhərləndikləri güman edilir.

 

*****

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanovun həyat yoldaşı Marianna Budanovanı zəhərləyiblər.

“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, məlumatı Ukraynanın Xüsusi xidmət orqanı yayıb.

Bildirilib ki, sağlamlığı ağırlaşdığından Marianna Budanova hospitala yerləşdirilib. Müalicə kursu başa çatmaq üzrə olsa da, o hələ bir müddət həkim nəzarətində qalacaq.

Məlumata görə, ona ağır metalla zəhərlənmə diaqnozu qoyulub. Bu cür maddələr gündəlik həyatda və ya hərbi işlərdə heç bir şəkildə istifadə edilmir. Bu maddələrin tapılması onu göstərir ki, kimsə M. Budanovanı zəhərləyib.

Hazırda Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisinin həyat yoldaşını öldürməyə cəhdlə bağlı araşdırma aparılır.

Marianna Budanova 3 avqust 1993-cü ildə anadan olub. O, psixoloq, könüllü və ictimai xadim kimi tanınır.

Diaspora