“HƏMAS bütün girovları azad edənə qədər dayanmayacağıq” - Bayden

“HƏMAS bütün girovları azad edənə qədər dayanmayacağıq” - Bayden backend

Birləşmiş Ştatlar HƏMAS-ın əlindəki bütün girovları azad etmək üçün səylərini davam etdirəcək.

Bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

“HƏMAS terrorçuları tərəfindən saxlanılan bütün girovlar azad edilənə qədər biz dayanmayacağıq”, - o, əmin edib.

Bayden izah edib ki, o, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının nəticə verməsi səylərində şəxsən iştirak edir. Bununla bağlı o vurğulayıb ki, artıq 50-dən çox insan HƏMAS-ın girovluğundan azad edilib.

İsrail keçən həftə girovların azad edilməsi müqabilində HƏMAS ilə Qəzza zolağında müvəqqəti atəşkəs haqqında saziş imzalayıb. İlk mübadilə noyabrın 24-də baş tutub. HƏMAS 24 nəfəri - İsrailin 13 vətəndaşını və 11 əcnəbini azad edib.

Report.az

Diaspora