Ukraynadakı itkilər Britaniyanı dəhşətə gətirib

Ukraynadakı itkilər Britaniyanı dəhşətə gətirib backend

Ukrayna ordusunun sayı rus qoşunları ilə döyüşlərdə sürətlə azalır.

Qaziler.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” nəşri yazıb.  Müəlliflər qeyd ediblər ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanı məğlub etmək şansı getdikcə azalır.

“Rusiya ilə Ukrayna arasında münaqişə tezliklə üçüncü ilinə qədəm qoyur və Ukrayna Silahlı Qüvvələri cəbhədə yaxşı təlim keçmiş piyada qoşunlarını sürətlə itirir. Və Rusiyanı məğlub etmək şansları azalır”, - nəşr yazır.

Məqalədə amerikalı politoloq Maykl Kofman qeyd edib ki, ukraynalılar yalnız düzgün seçim etdikdə onlar üçün hələ də ümid ola bilər. 

Məqalə müəlliflərinin fikrincə, Ukrayna Silahlı Qüvvələri sıralarına yeni çağırışçıların cəlb edilməsi Kiyev üçün daha böyük problemdir.

QAZİLER.AZ

Diaspora