Polşa prezidenti Anjey Duda Mateuş Moravetski hökumətinin andiçmə mərasimi zamanı yeni kabinetdə qadınların rekord sayda olmasından məmnun olduğunu bildirib.
Qaziler.az bildirir ki, Dudanın sözlərini “Do Rzeczy” nəşri yayıb.
Mərasim zamanı Polşa Prezidenti Baş nazir Moravetskini və yeni nazirləri təbrik edərək, seçkilərdə qalib gələn partiya nümayəndəsinin formalaşdırdığı hökumətin rolunu qeyd edib.
“Məni çox sevindirən daha bir səbəb var – çoxlu sayda qadınların təmsil olunması... Baş nazir 1989-cu ildən sonra Polşa tarixində rekord göstəricidə bu qədər qadının hökumətə daxil olması təklifi məni məmnun etdi”, - deyə Duda bildirib.
Materialda qeyd edildiyi kimi, Polşada 17 nazirlik kürsüsünün 8-də qadınlar yer alıb.
QAZİLER.AZ