ABŞ Ədliyyə Nazirliyi narkotik vasitələrin saxlanılması və ticarəti ilə bağlı həbs olunan 6 min məhbusu azadlığa buraxmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, azadlığa yalnız zorakılıqla bağlı cinayətlərdə əli olmayan məhbuslar çıxacaq. Onların bəzilərinə müvəqqəti sığınacaq veriləcək, bəziləri isə ev dustaqlığında saxlanılacaq.Misli görünməmiş bu tədbir, ilk növbədə ABŞ-ın penitensiar müəssisələrdə çox sayda məhbusun olması və bunun böyük xərclər tələb etməsi ilə əlaqədardır. 2015-ci ilin aprel ayından etibarən hökumət narkotik vasitələrlə bağlı cinayətlərə görə cəzaları da bir qədər yüngülləşdirib.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına əsasən, hazırda ölkədəki federal həbsxanalarda 200 mindən çox insan cəza çəkir. 2016-cı maliyyə ilinin sonuna qədər onların sayının 12 min nəfər azaldılacağı gözlənilir.