Belarus prezidenti Aleksandr Lukaşenko köməkçisi, Vitebsk vilayəti üzrə müfəttişi İqor Brilonu vəzifəsindən azad edib
Qaziler.az bildirir ki, Belarus dövlət başçısının mətbuat xidmətinin yaydığı məlumata görə, bununla bağlı Lukaşenko sərəncam imzalayıb. Məmurun dövlət qulluğuna uyğun gəlməyən qanun pozuntusuna görə işdən çıxarıldığı qeyd edilsə də, nədə səhv etdiyi göstərilməyib.
“İqor Brılo dövlət qulluğunda işləməklə bir araya sığmayan cinayət törətdiyinə görə Belarus Respublikası Prezidentinin köməkçisi - Vitebsk vilayəti üzrə müfəttiş vəzifəsindən azad edilib”, - məlumatda qeyd edilib.
Brılo bundan əvvəl Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinə rəhbərlik edib.
QAZİLER.AZ