Moldovada qar fırtınasında ölənlərə görə hökumətin istefası tələb edilib

Moldovada qar fırtınasında ölənlərə görə hökumətin istefası  tələb edilib backend

Moldova Respublikasının müxalif Sosialistlər Partiyası ölkə hökumətinin istefasını tələb edib.

Qaziler.az xəbər verir ki, məlumatı fraksiyanın mətbuat xidməti yayıb.

Partiya ölkəni vuran qar fırtınası zamanı insanların ölümündə hakimiyyəti günahlandırıb. Partiya rəhbərliyi hesab edir ki, hakimiyyət belə faciələrin qarşısını almaq üçün lazımi hazırlıq tədbirləri görməli idi.

“Hökumət qar fırtınasına adekvat hazırlıq görməyib. Hadisə itkisiz ötüşməyib: iki nəfər ölüb, onlarla insan yaralanıb, donvurma və digər xəsarətlər var. Bütün yuxarıda deyilənləri nəzərə alaraq, Moldova Respublikasının Sosialistlər Partiyasının infrastruktur və regional inkişaf naziri Andrey Spinunun, eləcə də Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Müfəttişliyinin rəisi Aleksandru Oprinin dərhal istefasını tələb edilir”, - mesajda qeyd edilib.

QAZİLER.AZ

Diaspora