Rusiya prezidenti Vladimir Putin 75 min rubl məbləğində təqaüd təsis edilməsi haqqında fərman imzalayıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, fərmanda təqaüd elmi-texniki sahədə tədqiqat aparan aspirantlar və adyunktlar üçün nəzərdə tutulub.
“Aspirantlar və adyunktlar üçün Rusiya Federasiyası Prezidentinin təqaüdü təsis edilsin. Rusiya Federasiyasının elmi və texnoloji inkişafının prioritetlərinin həyata keçirilməsi çərçivəsində elmi tədqiqatlar aparanlar müəyyən edilsin. Təqaüdün məbləği 75 min rubl təşkli edir”, - sənəddə deyilir.
QAZİLER.AZ