Amerikanın “Tesla” və “SpaceX” şirkətlərinin, həmçinin “Twitter” (X) sosial şəbəkəsinin sahibi İlon Mask İsrailin baş naziri Benyamin Netanyahunun Fələstinin HƏMAS hərəkatının məhv edilməsi haqda fikirləriylə razılaşıb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə iş adamı HƏMAS-ın hücumuna məruz qalan İsrailin Kfar-Aza kibbutzuna baş çəkərkən, Netanyahu ilə görüşü zamanı bildirib. Mask və Netanyahu sosial şəbəkədə birgə canlı yayım da keçiriblər.
İsrail hökumətinin başçısı yayım zamanı: "Mən İlon Maskla birlikdə Kfar Qəzza kibbutzunu ziyarət etdim ki, ona Həmas tərəfindən törədilən insanlığa qarşı cinayətləri göstərdim", - deyib.
Yayım zamanı iş adamı İsrailin baş naziri ilə HƏMAS-ın məhv edilməsi haqda fikirləri ilə razılaşıb. Milyarder onu da əlavə edib ki, o, yəhudi dövlətinə münaqişə bitdikdən sonra Qəzza zolağının “demilitarizasiyası” və “deradikallaşdırılması”na kömək etmək istəyir.
QAZİLER.AZ