Yaponiya İmperatorunun sarayında yeni hökumətin təsdiq olunması mərasimi keçirilib

Yaponiya İmperatorunun sarayında yeni hökumətin təsdiq olunması mərasimi keçirilib backend

Oktyabrın 7-də Yaponiya İmperatoru Akihitonun sarayında Nazirlər Kabinetinin yeni tərkibinin təsdiq olunması mərasimi keçirilib. Yaponiyada yeni hökumət məhz bu mərasimdən sonra rəsmi təsdiq edilmiş hesab olunur.

Xəbər verdiyimiz kimi, əvvəlki kabinetin doqquz üzvü öz vəzifəsində qalıb, 10 nazir isə yeni təyin olunub. Yeni Nazirlər Kabinetində üç qadın nazir var - vəzifəsini saxlamış Sanae Takaiçi ilə yanaşı, Okinava və “şimal ərziləri” məsələlərinə baxacaq Aiko Simaziri və ətraf mühit naziri Tamayo Marukava. Tamayo Marukava siyasətə televiziya aparıcısı işlədikdən sonra gəlib.

Hökumətin tərkibində yeni təyin olunmuş təhsil, mədəniyyət, idman, elm və texnologiyalar naziri Hiroşi Hase diqqəti daha çox cəlb edir. O, əvvəllər peşəkar şəkildə güləşlə məşğul olub. İcmalçıların qənaətinə görə, onun bu vəzifəyə təyinatı Şinzo Abe hökumətinin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ayırdığı xüsusi diqqəti nümayiş etdirmək məqsədi daşıyır.

Nazirlər Kabinetinin tərkibinin yenilənməsinə ehtiyac sentyabrın sonlarında Şinzo Abenin yeni müddətə hakim Liberal-Demokratik Partiyanın sədri seçilməsindən sonra yaranmışdı. Məhz bundan sonra Ş.Abe avtomatik olaraq üç il müddətinə yeni hökumətə başçılıq etmək hüququ qazanmışdı.
Diaspora