Etirazçılar Polşa-Ukrayna sərhədindəki bütün keçid məntəqələrini bağlamaqla hədələyirlər

Etirazçılar Polşa-Ukrayna sərhədindəki bütün keçid məntəqələrini bağlamaqla hədələyirlər backend

Polşa-Ukrayna sərhədindəki etirazçılar bütün keçid məntəqələrinin  işini dayandırmaqla hədələyiblər.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, noyabrın 27-də "Polsat News" telekanalı məlumat yayıb.

“Biz Ukraynadan gələn avtomobillərin Polşa ilə bütün sərhəd keçid məntəqələrinə buraxılmaması ilə etirazı gücləndirəcəyik. Amma düşünürəm ki, o vaxta qədər nəsə qərar veriləcək, çünki hər şey düzgün istiqamətdə gedir”, – Polşanın Nəqliyyat Sənayesində Daşıyıcıların və İşəgötürənlərin Müdafiəsi Komitəsinin nümayəndəsi Adam İzdebski bildirib.

İndi Medıkadakı keçid məntəqəsində etirazçılar tərəfindən keçid məntəqəsinin bağlanması səbəbindən növbə 30 km-ə yaxındır və sürücülər təxminən 127 saatdır gözləməli olublar. Havaların soyuq keçməsi ilə əlaqədar sürücülər avtomobillərinin mühərriklərini işlək vəziyyətdə saxlamaq məcburiyyətində qalırlar.

"Sürücülər əsəbləşməyə başlayırlar və bunun ən yaxşı nümunəsi Korçovdakı sərhəd- keçid məntəqəsində oldu, burada 100-ə yaxın sürücü yük maşınlarından düşərək etirazçılara tərəf gedib və onların dərhal buraxılmasını tələb ediblər" - deyəjurnalist Katajina Şirek bildirib.

QAZİLER.AZ

Diaspora