Rusiya Müdafiə Nazirliyi üçün ilk rus dəniz dronlarının seriya istehsalına 2024-cü ildə başlanması planlaşdırılır.
Qaziler.az bildirir ki, bunu bazar ertəsi, noyabrın 27-də KMZ holdinqinin rəhbəri Mixail Danilenko deyib.
O bildirib ki, Kinqisepp Maşınqayırma Zavodu artıq onların istehsalına başlayıb.
“Bu cür dəniz PUA-ları üçün ilk su reaktiv mühərrikləri bizim istehsal meydançamızda yığılıb”, - RİA Novosti Danilenkonun sözlərindən sitat gətirir.
O, həmçinin qeyd edib ki, ilk hərbi dəniz pilotsuz təyyarələri bu ilin sonuna kimi Rusiya müdafiə idarəsinə təhvil verilməli və xüsusi hərbi əməliyyat zonasında (Ukraynadakı müharibədə-red.) sınaqdan keçirilməlidir.
QAZİLER.AZ