Krımda əlverişsiz hava şəraiti səbəbindən 1 nəfər itkin düşüb, 4 nəfər yaralanıb - VİDEO

Krımda əlverişsiz hava şəraiti səbəbindən 1 nəfər itkin düşüb, 4 nəfər yaralanıb - VİDEO backend

Krımda əlverişsiz hava şəraiti səbəbindən 1 nəfər itkin düşüb, daha 4 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə bazar ertəsi, noyabrın 27-də Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

"Yevpatoriya və Saki bölgəsindən 311 nəfər, o cümlədən 43 uşaq təxliyə edilib", - idarənin açıqlamasında bildirilir. Bu günə kimi hava şəraiti nəticəsində ölən olmayıb.

Sevastopolda pis hava şəraiti nəticəsində 3 nəfər xəsarət alıb, onlar şəhərin tibb müəssisələrinə yerləşdirilib. Şəhərdə 66 ağacın və 3 reklam lövhəsinin aşması qeydə alınıb, 20 evin dam örtüyü zədələnib.

Krasnodar diyarında su basmış ərazilər yoxdur, lakin profilaktik məqsədlər üçün Yeysk vilayətinin iki yaşayış məntəqəsindən 42 nəfər, o cümlədən 12 uşaq təxliyə edilib. Onların hamısı hazırda müvəqqəti məskunlaşma mərkəzlərindədir. Ağacların aşması səbəbindən Tuapse-Adler hissəsində dəmir yolu əlaqəsi kəsilib. Həmçinin 5 binanın dam örtüyünün zədələndiyi, 250-dən çox ağacın aşdığı qeydə alınıb.

Noyabrın 26-dan etibarən Cənub Federal Dairəsinin bir sıra subyektlərinin ərazisi 40 m/s-ə qədər külək, yağış və qar şəklində təhlükəli meteoroloji hadisələrin təsirinə məruz qalıb. Fəlakətin əsas zərbəsi Krıma dəyib. Bu günə qədər 500 mindən çox insan işıqsız qalıb.

Krım Respublikasının rəhbəri Sergey Aksenov bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar noyabrın 27-si bazar ertəsi istirahət günü elan edilib. Yarımadanın ən çox zərər çəkdiyi ərazilər Qara dəniz, Saki, Beloqorski, Simferopol, Oktyabrski, Baxçasaray, Leninskidir. Küləyin sürəti 40 m/s-ə çatan qasırğa ilə əlaqədar Krım və Sevastopolda tufan xəbərdarlığı qüvvədədir.

QAZİLER.AZ

Diaspora