Yəmən sahillərində İsrail şirkətinə məxsus ola biləcək tanker naməlum şəxslər tərəfindən ələ keçirilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" (AP) dəniz təhlükəsizliyi məsələləri ilə məşğul olan "Ambrey" şirkətinə istinadla məlumat yayıb.
Bildirilib ki, "Central Park" gəmisi (Operator Zodiac Maritime tərəfindən idarə olunur) Ədən körfəzində hücuma məruz qalıb. Tankerin kim tərəfindən ələ keçirildiyi hələlik məlum deyil.
Operator dəniz quldurlarının gəmiyə hücum edə biləcəyinə dair şübhələrini bölüşüb. Gəminin ekipajına Rusiya, Vyetnam , Bolqarıstan , Hindistan , Gürcüstan və Filippin vətəndaşları daxildir. Tanker fosfor turşusunu nəql edir.