Almaniyada ciddi dövlət böhranı ELAN EDİLDİ

Almaniyada ciddi dövlət böhranı ELAN EDİLDİ backend

"Büdcə problemləri fonunda Almaniya hazırda ciddi dövlət böhranı içərisindədir".

QAZİLER.AZ  Publika.az-a istinadən  xəbər verir ki, bunu Bavariyanın baş naziri, Xristian Sosial Birliyinin (CSU) sədri Markus Zyoder deyib.

O qeyd edib ki, hakim koalisiyanın ölkənin çətinliklərini həll etmək üçün planı və rəhbəri yoxdur.

"Bu hökumət öz faydalılığını aşdı", - Zyoder deyib.

Onun fikrincə, Nazirlər Kabinetinin yeri müxalifətdədir.

Bundan əvvəl Almaniya Maliyyə Nazirliyi ölkənin Federal Konstitusiya Məhkəməsinin hökumətin bir fonddan on milyardlarla avronun yenidən bölüşdürülməsi qərarını qanunsuz elan etdiyi qərarı ilə əlaqədar cari ilin büdcəsindən demək olar ki, bütün ayırmaları dondurmaq qərarına gəlib.

 

 

Diaspora