"Fələstinin radikal HƏMAS hərəkatı noyabrın 25-də daha 13 girovu azad edəcək".
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalında İsrailin Müdafiə Ordusunun ( IDF ) nümayəndəsi Rafael Rafovitz məlumat verib .
"Söhbət İsrail həbsxanalarından azad ediləcək 39 terrorçunun müqabilində 13 girovdan gedir", - deyə o, izah edib.
Bundan əvvəl HƏMAS 14 israilli girovu azad etmək qərarına gəlib. Qeyd olunur ki, bu rəqəm İsrail həbsxana xidmətinin 42 fələstinli girovun azad edilməsi ilə bağlı bəyanatı ilə üst-üstə düşür.
Noyabrın ortalarında HƏMAS azı 50 girovun azad edilməsinə razılıq verib. Buna cavab olaraq İsrail döyüşləri dayandırmağa və həbsxanada saxlanılan qeyri-müəyyən sayda fələstinli qadın və uşaqların azad edilməsinə söz verib.