Ölümlə bitən konsertdə temperatur 60 dərəcə olub

Ölümlə bitən konsertdə temperatur 60 dərəcə olub backend

Braziliyada Teylor Sviftin konsertində 23 yaşlı pərəstişkarının ölümündən sonra araşdırmalar aparır.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, polis müğənninin Rio-de-Janeyroda şousunu təşkil edən "Time4Fun" şirkəti ilə bağlı araşdırmaya başlayıb.

İlkin məlumatlara görə, konsertin keçirildiyi məkanda hərarət yüksək olduğundan tamaşaçılardan biri xəstəxanaya yerləşdirilib və o dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları stadionda ziyarətçilərin həyatı və sağlamlığı üçün təhlükə yaradacaq amilləri yoxlayacaqlar.

Şahidlər şou zamanı istidən huşunu itirmə və ürək bulanmasından şikayətləniblər. Stadionda temperatur isə 60 dərəcəyə çatıb. Gecəyə tamaşaçıların özləri ilə su götürməsinə də icazə verilməyib.(axşam.az)

 

 

Diaspora