Girovların D vitamini çatışmazlığı olub, pis qidalanıblar - Həkim

Girovların D vitamini çatışmazlığı olub, pis qidalanıblar - Həkim backend

HƏMAS-ın azad etdiyi girovların sağlamlıqları risk altındadır: qida çatışmazlığından fiziki hərəkətlərin yoxluğunadək.

QAZİLER.AZ  Publika.az-a  istinadən xəbər verir ki, bu barədə İsrailin Girovlar və itkin düşmüşlərin ailələri forumunun tibbi qrupunun rəhbəri Haqay Levin azad edilmiş girovlardan beşinin müayinə və müalicədən keçəcəyi ölkənin Holon şəhərindəki Volfson Tibb Mərkəzində jurnalistlərə açıqlayıb.

“Misal üçün, qidalanma haqqında bilirik ki, onlar doğru-düzgün qidalanmayıb”, – həkim vurğulayıb.

O vurğulayıb ki, sözügedən şəxslərin D vitamini çatışmazlığı da var: “Günəş şüası ilə heç bir təmas olmayıb, bu da yeddi həftədir, bu, bilirsiniz, D vitamini çatışmazlığıdır, həm də mental baxımından bu sizə təsir edir”.

Ən böyük problemlərdən biri isə girovların onlara yazılmış dərmanları qəbul etməməsidir. Levin bəzi şəxslərə girov zamanı tibbi qayğı göstərildiyinə dair məlumatları təsdiqləyərək əlavə edib ki, həkimlər tibbi yardımın səviyyəsini “indi qiymətləndirməlidirlər”.

 

 

Diaspora