Danimarka hakimiyyəti Ukraynaya 2025-2027-ci illərdə 3,44 milyard dollar məbləğində əlavə dəstək ayırmaq qərarına gəlib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Danimarkanın Müdafiə Nazirliyi məlumat yayıb.
“2025-2027-ci illərdə əhəmiyyətli vəsait ayırmaqla, ukraynalıların uzunmüddətli perspektivdə Danimarkanın dəstəyinə arxalana biləcəyinə dair aydın siqnal göndəririk", - müdafiə naziri Troels Lund Poulsen mətbuata açıqlamasında bildirib.