Qətər Xarici İşlər Nazirliyi atəşkəs razılaşması çərçivəsində 39 fələstinli məhbusun İsraildən azad edildiyini təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə idarənin nümayəndəsi Məcid əl-Ənsari sosial şəbəkədə bildirib.
“Biz həmçinin razılaşmanın ilk gününün öhdəliklərinin yerinə yetirilməsi çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 qadın və uşağın azad edilməsini təsdiq edirik”, – Əl-Ənsari bildirib.