Ukrayna prezidenti Volodimir Zelenski yeni hərtərəfli səfərbərlik planını açıqlayıb.
Qaziler.az UNİAN-a istinadla xəbər verir ki, Ukrayna lideri layihənin təfərrüatlarını gələn həftə açıqlayacaq.
"Gələn həftə bu planı mənə təqdim edəcəklər. İstərdim ki, insanlar bütün fəaliyyət planını başa düşsünlər. Hara gedirik və hansı çətinliklər var? İnsanlar görsünlər”, - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, görüş zamanı o, səfərbərlik və tərxisetmə ilə bağlı “mürəkkəb və aktual” məsələlər, o cümlədən hərbi komissarlıqların işi ilə bağlı məruzəni də dinləyib.
QAZİLER.AZ