Rusiyanın keçmiş baş naziri xarici agent kimi tanınıb

Rusiyanın keçmiş baş naziri xarici agent kimi tanınıb backend

Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov xarici agentlərin reyestrinə daxil edilib.

Qaziler.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Ədliyyə Nazirliyi verib.

Onun Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxdığı, həmçinin xarici agentlərin məlumatlarını yaydığı qeyd edilir.

“Xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə yanaşı, o, fəaliyyəti Rusiya Federasiyasının xarici və daxili siyasətini gözdən salmağa yönəlmiş Rusiyanın Müharibə Əleyhinə Komitəsinin üzvüdür”, - mətndə qeyd edilib.

QAZİLER.AZ

Diaspora