Noyabrın 24-də parlamentin iclasında qəbul edilən qərara əsasən, Moldova Rusiya Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidməti ilə əməkdaşlıq müqavilələrinə xitam verib.
Qaziler.az bu barədə məlumatı “Nyus.ru”ya istinadla xəbər verir.
Qeyd edilib ki, informasiya fəaliyyəti sahəsində əməkdaşlıq haqqında saziş 1994-cü ildə bağlanıb.
“Moldova Respublikası ilə Rusiya Federasiyası arasında informasiya fəaliyyəti sahəsində əməkdaşlıq haqqında 1994-cü il aprelin 18-də Kişinyovda bağlanmış saziş denonsasiya edilsin”, - sənəddə qeyd edilib.
QAZİLER.AZ