Sankt-Peterburqun sakinləri və şəhərə gələnlər hər gün avqustun 23-də Tver vilayətində təyyarə qəzasında həlak olan "Vaqner" XHT-nin rəhbəri Yevgeni Priqojinin məzarını ziyarət edirlər.
Qaziler.az bildirir ki, özünü Poroxovski qəbiristanlığın əməkdaşı kimi təqdim edən Nikolay adlı şəxs “NEWS.ru”ya bildirib ki, ziyarətçilər arasında olanların əksəriyyəti qadınlardır.
“Elə gün yoxdur ki, kimsə Yevgeni Viktoroviçi ziyarət etməsin. Ən çox qadınlardır, həmişə ağlayırlar. Mənə elə gəlir ki, sağlığında qadınlar onu çox sevirdilər”, - Nikolay bildirib.
O əlavə edib ki, Priqojinin məzarını həm hərbçilər, həm də mülki şəxslər ziyarət edirlər.
QAZİLER.AZ