ABŞ-ın Visconsin Ştatının Miluaukee dairəsi hökumət bəyannaməsi qəbul edib

ABŞ-ın Visconsin Ştatının Miluaukee dairəsi hökumət bəyannaməsi qəbul edib backend

Amerikalı jurnalist və tədqiqatçı Peter Tasenin müraciətinə əsasən, ABŞ-ın Visconsin Ştatının Miluaukee dairəsinin rəhbəri Çris Abele Naxçıvan Muxtar Respublikasında nəşr olunan “Şərq qapısı” qəzetinin 94-cü ildönümü münasibətilə hökumət bəyannaməsi qəbul edib. Bununla bağlı məlumat “Şərq qapısı” qəzetinin oktyabrın 7-də işıq üzü görən nömrəsində dərc olunub.

AZƏRTAC xəbər verir ki, Visconsin Ştatının Miluaukee dairəsinin qəbul etdiyi bəyannamədə qəzetin yaranma tarixi, keçdiyi yol və bugünkü fəaliyyəti barədə də bəzi məqamlara diqqət çəkilib.

Bəyannamədə qeyd olunub ki, 2015-ci il noyabrın 9-da Azərbaycan Respublikasının tərkibində olan Naxçıvan Muxtar Respublikasının ilk nəşri olan “Şərq qapısı” qəzetinin 94-cü ildönümü qeyd olunacaq. 1921-ci il noyabrın 9-da “Şərq qapısı” qəzetinin əsası qoyulub, 1969-cu ildən qəzetin gündəlik və böyük formada nəşri təmin edilib. 1990-cı ildə “Şərq qapısı” qəzeti üçün yeni dövr başlayıb. Qəzet Azərbaycanın müstəqillik ideyalarının və ABŞ ilə əlaqələrin genişləndirilməsinə tərəfdar olub.

Bildirilib ki, 2000-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri mətbuat azadlığı və azad sözü dəstəkləmək məqsədi ilə mətbuat orqanının maddi-texniki bazasının yaxşılaşdırılması barədə sərəncam imzalayıb. 2010-cu il iyulun 22-də milli mətbuatın yaradılmasının 135-ci ildönümü günündə böyük dövlət qayğısının bariz ifadəsi kimi “Şərq qapısı” qəzeti üçün yeni bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanıb və hazırda qəzet həftədə beş dəfə nəşr edilir.

Qeyd edək ki, ABŞ-ın Visconsin Ştatının Miluaukee dairəsi 1834-cü ildə yaradılıb. Bu dairə Birləşmiş Ştatlarının ən çox tanınan 45-ci dairəsidir. Hazırda dairədə 1 milyona yaxın əhali yaşayır.
Diaspora