Qəzza zolağında 450-yə yaxın Rusiya vətəndaşı qalıb.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 24-də Rusiyanın Fələstindəki missiyasının mətbuat katibi Aliyə Zaripova məlumat verib.
“Hazırda 450-yə yaxın rus Fələstin anklavındadır”, o, TASS-a bildirib.
Onun sözlərinə görə, anklavda rusiyalıların dəqiq sayını müəyyən etmək olduqca çətindir. Ümumilikdə 1,2 min nəfər konsulluq qeydiyyatındadır.
QAZİLER.AZ