Rusiyada iki zəlzələ baş verib

Rusiyada iki zəlzələ baş verib backend

Zəlzələ Rusiyanın iki regionunda - Saxalin və Buryatiyada baş verib.

Qaziler.az TASS-a istinadən bildirir ki, Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovanın  verdiyi məlumata görə, Saxalində 3,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Pilvo kəndindən 11 kilometr şərqdə, 3 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar bir neçə yaşayış məntəqəsinin sakinləri tərəfindən hiss olunub.

Öz növbəsində Buryatiya Fövqəladə Hallar Nazirliyi 4,6 bal gücündə yeraltı təkanlar olduğunu bildirib. İlkin məlumata görə, yeraltı təkanlar Kumora və Novı Uoyan yaşayış məntəqələrində 2-3 bal gücündə hiss olunub. Dağıntı və xəsarət.alan olmayıb.

QAZİLER.AZ

Diaspora