Ukrayna səfirliyi sərhəd-keçid məntəqəsində sürücülərin ölümü ilə bağlı Polşa Xarici İşlər Nazirliyinə nota göndərib.
Qaziler.az TASS-a istinadən bildirir ki, Ukraynanın Varşavadakı səfirliyi sərhəd keçid məntəqəsində daha bir sürücünün ölümündən sonra Polşa Xarici İşlər Nazirliyinə nota göndərib.
Bu barədə Ukrayna diplomatik missiyasının rəhbəri Vasili Zvariç məlumat verib.
Səfir yük maşını sürən və Polşa daşıyıcılarının Korçev keçid məntəqəsi qarşısında tətil etməsi nəticəsində növbəyə düşmüş ikinci ukraynalı sürücünün ölümünə münasibət bildirib. Zvariç aydınlaşdırıb ki, Ukrayna diplomatik qurumu təcili olaraq Polşa Xarici İşlər Nazirliyinə növbəti rəsmi nota göndərib və yük maşınlarının hərəkətinin qarşısının alınmasını tələb edib.
"Müvafiq siqnallar Polşanın Daxili İşlər Nazirliyinə və administrasiyasına da çatdırılıb", - diplomat bildirib.
QAZİLER.AZ