Şiə qruplaşmasının yaraqlıları İraqın qərbində ABŞ-ın Ayn əl-Əsəd hərbi bazasını atəşə tutub, Amerika hərbçiləri ilə toqquşma baş verib.
Qaziler.az bildirir ki, bu barədə noyabrın 23-də silahlı birləşmənin nümayəndələri məlumat veriblər.
“Məcmuət əz-Zafirin" qruplaşmasının islam müqavimət döyüşçüləri Ənbar əyalətində (Ayn əl-Əsəd) Amerikanın işğalçı bazasının qüllələrini çox yaxın məsafədən atəşə tutub, düşmən əsgərləri ilə toqquşub , sonra isə geri çəkilib”, - RİA Novosti onların sözlərini sitat gətirir.
Qruplaşma nümayəndələrinin sözlərinə görə, toqquşma zamanı onun döyüşçülərindən biri həlak olub.
QAZİLER.AZ