Nyu-York meri Erik Adams 1993-cü ildə qadına qarşı cinsi zorakılıqda ittiham olunur.
Qaziler.az bildirir ki, bu barədə Associated Press məlumat yayıb.
"İddiaçı 1993-cü ildə Nyu-York ştatının Nyu-York şəhərində cavabdeh Erik Adams tərəfindən təcavüzə məruz qalıb" deyə agentlik çağırış vərəqəsinin mətnini təqdim edir.
Zərərçəkmiş Nyu-Yorkun Ali Məhkəməsində 5 milyon dollar təzminat tələbi ilə iddia qaldırıb.
Nyu York meriyası da öz növbəsində Adamsın bu qadını tanımadığını bildirib: "Onlar nə vaxtsa görüşsəydilər belə, o,artıq bunu xatırlamaz" deyə meriyadan bildirilib.
QAZİLER.AZ