İrlandiyanın Dublin şəhərində bıçaqlı şəxs uşaqlara hücum edib. Hadisə zamanı azı 5 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə The Irish Times xəbər verir.
Nəşrin məlumatına görə, hücum zamanı azı üç uşaq bıçaqlanıb. Bəzi mənbələr daha çox məlumat daxil olduqdan sonra xəsarət alanların sayının arta biləcəyini iddia edir.
Hücumda şübhəli bilinən şəxs artıq saxlanılıb.
Cinayətkar da yaralanıb, onun özünə xəsarət yetirdiyi güman edilir.
QAZİLER.AZ