Roma Papası Fransisk Rusiya Patriarxı Kirili BƏƏ-də görüşə dəvət edib
Qaziler.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov bildirib ki, Roma Papası Fransisk Moskva və Bütün Rusiyanın Patriarxı Kirili Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüşə dəvət edib.
Görüşün noyabrın sonu - dekabrın əvvəlində Dubayda və ya Əbu-Dabidə keçirilməsi təklif edilir. Sevastyanov qeyd edib ki, görüşlə bağlı qərar patriarxda qalacaq.
Qeyd olunur ki, Frensis dekabrın 1-3-də iqlim dəyişikliyi ilə bağlı görüş üçün Əmirliklərə gedəcək.
QAZİLER.AZ