Audi şirkəti TT avtomobilinin son modelini təqdim edib

Audi şirkəti TT avtomobilinin son modelini təqdim edib backend

“Audi” 25 illik istehsaldan sonra TT modelinin istehsalını dayandırıb. Kupenin sonuncu nüsxəsi şirkətin Gyor şəhərindəki (Macarıstan) zavodunda yığılıb.

Qaziler.az “Motor1”ə istinadla xəbər verir ki, “Audi TT” prototipi ilk dəfə 1995-ci ildə Frankfurt Beynəlxalq Avtomobil Sərgisində təqdim edilib və kupe modelinin kütləvi istehsalına 1998-ci ilin fevralında başlanılıb. Bir il sonra TT xəttində rodster peyda oldu. İstehsal zamanı avtomobil üç nəsil keçdi, modelin ümumi tirajı demək olar ki, 662,8 min avtomobil təşkil etdi.

Üçüncü nəsildə Audi TT modul MQB platformasına əsaslanırdı ki, bu da “Volkswagen Golf” və “Skoda Octavia”nın əsasını təşkil edir.

İstehsalını dayandırmazdan əvvəl, model ABŞ və Böyük Britaniya bazarları da daxil olmaqla bir neçə xüsusi vida versiyalarında buraxılıb.

QAZİLER.AZ

Diaspora