Avstraliya polisinin Sidneyin qərbində yerləşən rayonlarda apardığı axtarışlar zamanı 16 yaşdan 24 yaşınadək beş gənc həbs olunub. Yerli polis idarəsinin yaydığı məlumata görə, əməliyyat 15 yaşlı gənc Fərhad Cabbar tərəfindən polis əməkdaşının qətlə yetirilməsinin istintaqı ilə əlaqədar ötən gecə aparılıb. Mətbuat xidmətinin açıqlamasında deyilir: “Oktyabrın 2-də baş vermiş cinayət hadisəsi ilə əlaqədar həbs olunmuş beş nəfər müxtəlif polis məntəqələrindədir və tezliklə sorğu-suala cəlb olunacaqlar”.
Əməliyyatda Yeni Cənubi Uels ştatının və federal polisin 200-dən çox əməkdaşı iştirak edib.
Xatırladaq ki, oktyabrın 2-də Sidneyin qərbindəki polis məntəqəsinə yaxınlaşan Fərhad Cabbar adlı gənc müxtəlif dini şüarlar qışqıraraq oradan çıxan mühasibatlığın əməkdaşı Kertis Çeni güllələyib. Nəticədə K.Çen həlak olub. Bundan sonra polislərə atəş açan F.Cabbar cavab atəşi ilə öldürülüb.