Rusiya-Finlandiya sərhədində yük maşınları növbəsi yaranıb

Rusiya-Finlandiya sərhədində yük maşınları növbəsi yaranıb backend

Rusiyanın Finlandiya ilə sərhədində bir kilometr uzunluğunda yük maşınlarının növbəsi yaranıb.

Qaziler.az bildirir ki, məlumatı “İzvestiya” yayıb. Qeyd olunub ki, yük maşınları sərhədin bağlanması səbəbindən işsiz qalmaqdan qorxurlar.

“Hələlik Lyuttya sərhəd-keçid məntəqəsi normal rejimdə fəaliyyətini davam etdirir. Bir kilometr uzunluğunda yük maşınlarının düzüldüyü görünür. Bütün sürücülər çaşqındır və bundan sonra nə edəcəklərini bilmirlər”, - nəşrin müxbiri bildirib.

Bildirilib ki, Finlandiya Rusiya ilə sərhəddə Raca-Jooseppi istisna olmaqla, bütün keçid məntəqələrini bağlayacaq. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Finlandiya ilə sərhəddəki vəziyyəti şərh edərkən bildirib ki, Helsinki keçid məntəqələrinin bağlanması ilə bağlı Moskva ilə ilkin məsləhətləşmələr aparmayıb. Onun sözlərinə görə, Finlandiya tərəfi öz hərəkətlərinə görə məsuliyyəti Moskvanın üzərinə atmağa çalışır.

QAZİLER.AZ

Diaspora