Rumıniyada Ukrayna taxılının daşınması üçün yeni dəniz limanı yaradılacaq.
Qaziler.az “EADaily”ə istinadla yazır ki, Konstansa limanı artıq artan tıxacın öhdəsindən gələ bilmədiyi üçün Buxarest yeni liman tikmək qərarına gəlib.
Nəşrin aydınlaşdırdığı kimi, limanın Dunay kanalının Poarta-Albe sahilində Navodari şəhəri yaxınlığında yerləşdirilməsi planlaşdırılır. Onun sahəsi 33 min kvadratmetr olacaq. Fəhlələr artıq gələcək tikinti sahəsinə gəliblər və ərazidən nəzərdən keçiriblər. Yeni liman gəmilərin yanalma və boşaldılması ilə bağlı vəziyyəti yaxşılaşdırmalıdır.
Həmçinin giriş-çıxış yollarının, hər biri 120 kv.m olan üç yanalma körpüsünün tikintisi də nəzərdə tutulub. Bundan əlavə, hakimiyyət daxili su yolları ilə daşınan yüklərin həcmini artırmaq üçün "Luminica" adlı daha bir limanı genişləndirməyi planlaşdırır. Rumıniyanın baş naziri Marsel Çolaku da Ukrayna taxılının ölkə ərazisindən tranzitini iki dəfə artıracağına söz verib. Hər iki layihə Aİ büdcəsindən maliyyələşəcək.
QAZİLER.AZ