Qazaxıstanda Amerikanın “McDonald's” restoranlar şəbəkəsi yeni “I'M” brendi altında açılıb.
Qaziler.az xəbər verir ki, bu barədə TASS yazır.
“Food Solutions KZ” şirkətinin baş direktoru Aset Maşanov bildirib ki, bu ad bütün təşkilatın yenidən qurulması zamanı görülən böyük işlərin nəticəsidir. O qeyd edib ki, yeni brendin inkişafı ilə yanaşı bütün restoranların fasiləsiz fəaliyyətini təmin etmək mümkün olub.
2022-ci ilin noyabr ayının ikinci yarısında Qazaxıstandakı “McDonald's” şəbəkəsi yerli təchizatdakı məhdudiyyətlər səbəbindən noyabrın 18-dən etibarən bütün restoranlarının fəaliyyətini müvəqqəti olaraq dayandıracağını bildirmişdi.
Lakin yanvarın 5-də “Food Solutions KZ” şirkətinin idarə etdiyi restoranlar şəbəkəsi respublikada McDonald’s brendi altında fəaliyyətini dayandıracağını bəyan edib.
QAZİLER.AZ