İsrail və Fələstinin Həmas hərəkatı arasında atəşkəs cümə günü, noyabrın 24-də qüvvəyə minə bilər.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Misirin dövlət informasiya xidmətinin rəhbəri bildirib.
Noyabrın 22-də İsrail Qəzza zolağında saxlanılan girovları azad etmək üçün Həmas ilə razılaşmanı təsdiqləyib. Razılaşmaya əsasən, dörd günlük atəşkəs elan ediləcək və bu müddət ərzində HƏMAS 50 qadın və uşağı azad edəcək. Bundan əlavə, Qırmızı Xaç nümayəndələrinə lazımi tibbi yardım göstərmək üçün qalan girovlara baş çəkməyə icazə veriləcək. İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın bildirdiyi kimi, fasilə bitdikdən sonra İsrail Fələstin anklavındakı problemləri həll etməyə davam edəcək.
QAZİLER.AZ