Rusiyaya Çin istehsalı olan 4 PUA hücum edib

Rusiyaya Çin istehsalı olan 4 PUA hücum edib backend

Ukrayna Silahlı Qüvvələrinə məxsus 4 PUA Krıma hücum edib.

Qaziler.az xəbər verir ki, məlumatı “Mash Telegram” kanalı yayıb.

Onun sözlərinə görə, bütün dron modelləri Çin istehsalıdır. Hücum nəticəsində tələfat və dağıntı olmayıb.

Kanalın məlumatına görə, bir gün əvvəl yarımadanın üzərində pilotsuz uçuş aparatları müşahidə edilib. İlk pilotsuz təyyarə Tarxankutun qərb burnunda məhv edilib. Daha iki pilotsuz təyyarə Çernomorskoye kəndində qəzaya uğrayıb, onlardan biri yaşayış binasının yaxınlığına düşüb. Sonuncu PUA Qara dəniz bölgəsində, Kiparis SNT-dən 100 metr aralıda düşüb.

Qeyd olunur ki, hücumda istifadə edilən “Mugin 5 pro” pilotsuz təyyarələri 25 kq-a qədər partlayıcı daşımaq və 7 saat uçuş qabiliyyətinə malikdir. Belə cihazların orta sürəti 120 km/saat, uçuş məsafəsi isə təxminən 800 km-dir.

QAZİLER.AZ

Diaspora