Almaniya Ukraynaya hərbi yardımını ikiqat artırmayacaq

Almaniya Ukraynaya hərbi yardımını  ikiqat artırmayacaq backend

Almaniya büdcə vəsaitinin çatışmazlığı səbəbindən 2024-cü ildə Ukraynaya hərbi yardımın ikiqat artırılmasından şübhələnir.

Qaziler.az xəbər verir ki, bu barədə “Nyus.ru” “Der Tagesspiegel” nəşrinə istinadla yazır. Nəşrin məlumatına görə, Bundestaqın Büdcə Komitəsi bu məsələ ilə bağlı səsverməni təxirə salıb.

“Der Tagesspiegel”in qeyd etdiyi kimi, Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı Ukraynaya ümumi dəyəri 1,3 milyard avro olan yeni hərbi yardım paketinin ayrıldığını elan edib.Təchizat siyahısına, xüsusən daha dörd IRIS-T SLM hava hücumundan müdafiə sistemi, həmçinin artilleriya mərmiləri daxil ediləcək.

QAZİLER.AZ

Diaspora