Polşa ABŞ-dən çoxlu sayda silah-sursat alıb

Polşa ABŞ-dən çoxlu sayda silah-sursat alıb backend

Polşa ABŞ-dən nəhəng silah partiyası alıb.

Qaziler.az “FBM.ru”ya istinadla xəbər verir ki, bu barədə məlumatı Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak açıqlama verib.

O bildirib ki, Şimali Amerika dövləti Polşanı böyük silah-sursat avadanlığı ilə təmin edib. Buraya HIMARS buraxılış raket qurğuları, “M1A1 Abrams” tankları və dəstək maşınları daxildir.

“Amerika Birləşmiş Ştatlarından Polşaya dəniz yolu ilə böyük bir texnika partiyası gəldi. Yük gəmisi Svinouysçe limanında boşaldılır. Yük boşaltma zamanı ilk olaraq 11 HIMARS kompleksi çıxarılıb. Lakin onların sayının nəzərəçarpacaq dərəcədə çox olduğu vurğulanıb.

Qeyd edək ki, Polşa öz ordusunu yenidən silahlandırır. O, Amerika Birləşmiş Ştatları və Cənubi Koreya da daxil olmaqla bir neçə ölkədən silah və hərbi texnika alır.

QAZİLER.AZ

Diaspora