ABŞ prezidentliyinə müstəqil namizəd “kiçik” Robert Kennedi “Fox News”a müsahibəsində mərhum əmisinin planlarına qayıdaraq “Amerika hərbi imperiyasını” dağıtmağa söz verib.
Qaziler.az bu barədə "Gazeta.ru"ya istinadla xəbər verir.
“Kiçik” Kennedi ÇXR və Rusiya Federasiyasını təhrik etmək məqsədi daşıyan “ehtiyatsız və döyüşkən” siyasətə son qoyacağını, həmçinin ABŞ-ın xaricdəki hərbi bazalarının əksəriyyətini ləğv edəcəyini və ölkənin Silahlı Qüvvələrinin sayını azaltacağını bildirib.
“Mən gənclərə öz ölkələrinə xidmət etmək üçün Sülh Korpusunun Amerika versiyasını yaradacağam”, - o deyib.
Sentyabrda “kiçik” Kennedi Ukraynadakı münaqişəni yüz günə bitirəcəyini vəd edib. Lakin Ukraynadakı münaqişəni mümkün qədər tez bitirmək vədini ABŞ-ın keçmiş prezidenti Donald Tramp verib. Vəzifəyə seçildikdən sonra tərəfləri hərbi əməliyyatları dayandırmağa inandırmaq üçün ona cəmi bir gün lazım olacağını iddia edib.
QAZİLER.AZ