ABŞ-da yüzlərlə it naməlum respirator virusa yoluxub.
Qaziler.az xəbər verir ki, məlumatı “CBS News” yayıb.
Məlumatda ən azı beş ştatın baytarları qeyri-adi xəstəliklə qarşılaşdıqlarını bildiriblər - Kolorado, Rod-Aylend, Oreqon, Nyu-Hempşir və Massaçusets.
Simptomlara öskürək, asqırma, burundan və ya gözdən axıntı daxildir. Bəzi hallarda pnevmoniya sürətlə irəliləyir, itlər 24-36 saat ərzində ağır xəstələnirlər.
Avqustun ortalarından bəri Oreqon Kənd Təsərrüfatı Departamenti 200-dən çox belə hadisəni sənədləşdirib. Üstəlik, bəziləri ev heyvanlarının ölümü ilə nəticələnib.
“Deyəsən virusdur. Viruslar antibiotiklərə cavab vermir və virusa qarşı dərmanlar virusun nə olduğunu bilənə qədər təsirli olmayacaq”, - Massaçusets baytar həkimi Kiko Braker deyib.
QAZİLER.AZ