Niyə Rusiya kasetli bombalardan istifadə etməyə başlayıb? – Hərbi ekspert

Niyə Rusiya kasetli bombalardan istifadə etməyə başlayıb? – Hərbi ekspert backend

“Rusiya hərbi sursatlardan istifadəyə dair Konvensiyanı ratifikasiya etmədiyi üçün xüsusi hərbi əməliyyat zonasında kasetli bombalardan istifadə etməyə başlayıb”.

Qaziler.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Vasili Dandıkin "NEWS.ru"ya müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri onlardan uzun müddətdir ki, döyüş meydanında istifadə edir, ona görə də Rusiya ordusu oxşar qərar qəbul edib.

“Sursatlar Konvensiyasını ratifikasiya etmədiyimizə görə Rusiya kasetli sursatlardan istifadə etməyə başladı. Bildiyiniz kimi, Ukrayna Silahlı Qüvvələri onlardan uzun müddətdir ki, döyüş meydanında istifadə edir, ona görə də biz onlardan istifadə etmək qərarına gəldik. Kasetli bombalar hələ sovet dövründə yaradılıb, çox təsirli, güclü silahdır. Lakin daha çox hər biri 400 qram ağırlığında olan 500-dən çox parçalanma sursatını ehtiva edən RBK-500-dən istifadə edəcəklər”, - Dandıkin qeyd edib.

Ekspertin vurğuladığı kimi, kaset sursatları hərbi sənaye obyektlərinə, körpülərə və gəmilərə zərbə endirməkdə çox effektlidir. Dandıkinin sözlərinə görə, onlar yüngül zirehli maşınları məhv etmək üçün nəzərdə tutulub.

“Onlar 155 kalibrli mərmilərdən qat-qat effektivdir. Onlardan indi, xüsusən də ən fəal döyüşlərin getdiyi Avdeyevka ərazisində ən səmərəli şəkildə istifadə olunur”, - ekkspert əlavə edib.

Qeyd edilib ki, Rusiya hərbçilərinin kasetli bombalardan istifadə etməsi ilə bağlı məlumatlar bir sıra teleqram kanallarında yayılıb. Bildirilib ki, Rusiya Silahlı Qüvvələri bu bombalardan Staromayorskoye kəndi ərazisində döyüş əməliyyatları zamanı istifadə edib. Rusiya Müdafiə Nazirliyi isə hələlik bu məlumatı şərh etməyib.

QAZİLER.AZ

Diaspora