Qəzzada qalan Rusiya vətəndaşları ilə bağlı açıqlama

Qəzzada qalan Rusiya vətəndaşları ilə bağlı  açıqlama backend

Rusiya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika Departamentinin direktoru Aleksandr Kinşakın Rusiya Xarici İşlər Nazirliyinin saytında verdiyi açıqlamaya görə, Qəzzada olan rusların əksəriyyəti Moskvaya təxliyə edilib.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.

O qeyd edib ki, Rusiya evakuasiyanın təsdiqi üçün vətəndaşların siyahısını İsrailə ilk göndərənlərdən biri olub, lakin onlara baxılma prosesi əsassız olaraq yubanıb.

“Artıq soydaşlarımızın əksəriyyəti anklavı tərk edib və Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarələri ilə Moskvaya aparılıb”, - deyə o bildirib.

Qeyd edilib ki, bir gün əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin xüsusi reysi Qahirə hava limanından Moskvaya uçub və 28 Rusiya vətəndaşı təxliyə edilib.

QAZİLER.AZ

Diaspora