Putin 2024-cü ili Rusiyada “Ailə ili” elan edib

Putin 2024-cü ili Rusiyada “Ailə ili” elan edib backend

2024-cü ilin Rusiyada “Ailə ili” elan edilməsi ilə bağlı Vladimir Putin  müvafiq sərəncam imzalayıb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, tədbirin əsas məqsədi ənənəvi ailə dəyərlərinin qorunub saxlanması sahəsində dövlət siyasətinin təbliği olub.

“Ailənin qorunması və ənənəvi ailə dəyərlərinin qorunması sahəsində dövlət siyasətinin populyarlaşdırılması məqsədilə qərara alıram: 1. 2024-cü ildə Rusiya Federasiyasında “Ailə ili” keçirilsin”, - sənəddə deyilir.

Qeyd edək ki, Rusiyada 2023-cü il “Müəllim və mentor ili” elan edilmişdi.

QAZİLER.AZ

Diaspora